Şəhriyar Məmmədyarov – dünya reytinq cədvəlində üç liderdən biri

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) dekabrın 1-nə olan vəziyyətə görə dərc etdirdiyi reytinq cədvəlində 3-cü  mövqedədir. Noyabr ayı ilə müqayisədə siyahıda bir pillə irəliləyən təmsilçimiz 2017-ci ilin sonuncu ayını 2799 əmsalla qarşılayıb.

Digər şahmatçılarımızdan Teymur Rəcəbov (2748) 19-cu yerdən 17-ciyə keçib. Rauf Məmmədov (2709) isə Avropa çempionatında əla nəticəsi sayəsində daha böyük irəliləyişə nail olaraq 40-cı mövqeyə yüksəlib və deyəsən, ilk dəfədir ki, reytinqdə 2700 həddini keçib.  Azərbaycan milli komandasının daha bir üzvü Arkadi Naydiç (2705) 43-cü yerdədir.

Gələn ilin mart ayında Almaniyanın paytaxtı Berlində iddiaçıların turnirində Məmmədyarovun rəqibləri olacaq Levon Aronyan (Ermənistan, 2805) reytinq cədvəlində 2-ci, Fabiano Karuana (ABŞ, 2799) 4-cü, Uesli So (ABŞ, 2788) 6-cı, Vladimir Kramnik (Rusiya, 2787) 7-ci, Din Lijen (Çin, 2777) 10-cudurlar. Rusiyalılar Aleksandr Qrişuk (2772) və Sergey Karyakin (2760) isə müvafiq surətdə 11-ci və 13-cü yerlərdədir.

Ş. Məmmədyarovun rapid üzrə reytinq cədvəlində 2814 xalla 6-cı pillədə olduğunu da qeyd edək. Yeri gəlmişkən, dekabrın sonunda qrossmeysterimizi Səudiyyə Ərəbistanında keçiriləcək rapid və blits üzrə dünya çempionatları gözləyir. Bu yarışlarda Məmmədyarovun rəqibləri norveçli Maqnus Karlsen, Vişvanatan Anand (Hindistan), Sergey Karyakin (Rusiya), ukraynalı qrossmeyster Vasili İvançuk və başqaları olacaqlar.

Azərbaycan şahmatçısı 2018-ci ildə isə çıxışlarına yanvarın 12-dən 28-dək Hollandiyanın Vek-an-Zeye şəhərində keçiriləcək beynəlxalq turnirlə başlayacaq. Sayca 80-ci dəfə təşkil olunacaq ənənəvi turnirdə Məmmədyarovla yanaşı Karlsen, Karuana, Kramnik, Anand, Karyakin, Uesli So kimi məşhur qrossmeysterlər mübarizə aparacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında