Dünya Kubokuna səkkiz iddiaçı

Yenicə starta çıxmış dekabr ayının ilk iki günündə Rusiya Federasiyasının Çeboksarı şəhərində keçiriləcək qadın güləşçilərdən ibarət milli komandalar arasında Dünya Kuboku yarışı idman həvəskarlarının diqqət mərkəzində olacaq.

Turnirin mükafatları uğrunda rəqabət aparacaq səkkiz ölkənin komandaları püşk nəticəsində iki qrupa bölünmüşlər. Azərbaycan millisi Çin, Ukrayna və Monqolustan yığmaları ilə birlikdə “B” qrupunda çıxış edəcək. “A” qrupunda isə Rusiya, ABŞ, Yaponiya və İsveç təmsilçiləri “münasibətləri aydınlaşdıracaqlar”.

Bu gün qrup görüşləri keçiriləcək, sabah isə qrupların qalibləri final matçında yarışın baş mükafatı uğrunda mübarizə aparacaqlar. Qruplarda ikinci yeri tutan komandalar da öz aralarında keçirəcəkləri görüşdə bürünc mükafatçını müəyyənləşdirəcəklər.

Azərbaycan güləşçiləri qrup görüşlərini bu ardıcıllıqla keçirəcəklər– Çin, Monqolustan, Ukrayna.

 

Yarımfinalın astanasında

 

Futbol üzrə Azərbaycan Kuboku yarışlarında səkkizdəbir final görüşləri keçirilmiş və dörddəbir finalda fəxri mükafat uğrunda mübarizəni davam etdirəcək səkkiz komanda məlum olmuşdur.

Yarımfinalın astanasında azarkeşləri “Qəbələ” – “Səbail”, “Keşlə” – “Kəpəz”, “Zirə”, – “Neftçi” və “Qarabağ” – “Sumqayıt” görüşləri gözləyir. Oyunlar dekabrın birinci yarısında keçiriləcəkdir. Yarımfinalçılar iki görüşün ümumi yekununa görə müəyyənləşəcək. Rəqiblər bir-biri ilə həm evdə, həm də səfərdə qarşılaşacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında