Qran-pridə ikinci qələbəmiz

Teymur Rəcəbov İspaniyanın Palma-de-Malyorka şəhərində artıq finişin astanasında olan FİDE-nin Qran-pri yarışları seriyasından sonuncu, dördüncü mərhələdə ikinci qələbəsini qazanmışdır. Qrossmeysterimiz 7-ci turda Li Çaoya (Çin) qalib gəlmişdir.

Bu turda qələbə ilə başa çatmış digər iki görüşdə Pavel Elyanov (Ukrayna) Yon Lüdviq Hammeri (Norveç), Boris Gelfand (Ukrayna) Aleksandr Ryazantsevi (Rusiya) məğlubiyyətə uğratmışlar.

Turun qalan altı oyunu, o cümlədən Qran-pri mərhələlərinin ümumi yekununda dünya şahmat tacına iddiaçıların turnirinə vəsiqə qazanmaq imkanını özündə saxlayan fransalı Maksim Vaşye–Laqrav ilə rusiyalı Yevgeni Tomaşevskinin görüşündə heç-heçə qeydə alınmışdır.

Finişə iki tur qalmış turnir cədvəlinin liderlər qrupunda sıxlıqdır. Hərəyə 4 xalla iki-doqquzuncu yerləri bölüşdürən Vaşye-Laqrav, Hikaru Nakamura (ABŞ), Din Lijen (Çin), Pyotr Svidler, Dmitri Yakovenko, Tomaşevski (hamısı Rusiya), Pentala Harikrişna (Hindistan) və Rixard Rapport (Macarıstan) birinci mövqedə olan Levon Aronyandan (Ermənistan) yarım xal geri qalırlar. Bu şahmatçılar da öz növbələrində 3,5 xala malik Rəcəbov, Aniş Giri (Hollandiya), Elyanov və Ernesto İnarkiyevdən (Rusiya) yarım addım irəlidədirlər. Qalan iştirakçılardan ispan Fransisko Valyexo 3, Li Çao, Gelfand, Ryazantsev 2,5, Hammer 2 xal toplamışlar. 

Dünən keçirilən 8-ci turda Rəcəbov qara fiqurlarla Gelfanda qarşı oynamış,  Vaşye-Laqrav isə İnarkiyevlə görüşmüşdür.

Burada bir daha xatırlatmaq yerinə düşər ki, Qran-pri yarışlarında hər mərhələnin qalibi 170, iki-üçüncü yerləri tutan şahmatçılar isə müvafiq surətdə 140 və 110 xal qazanırlar. Palma-de-Malyorka turnirinədək Rəcəbov 241,4, Vaşye-Laqrav isə 211,4 xal toplamışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında