Mükafatları Azərbaycan şahmatçıları qazandılar

İ D M A N

Paytaxtımızda “Baku-Open 2017” beynəlxalq şahmat turniri başa çatmışdır. Azərbaycan, Rusiya, Ukrayna, İran İslam Respublikası, Belarus, Qazaxıstan və Əfqanıstanı təmsil edən 125 iştirakçının mübarizəsində mükafata layiq bütün yerləri turnir sahibləri tutmuşlar.

Baş mükafatı finişdə belaruslu Aleksey Aleksandrovla heç-heçə oynayaraq 9 mümkün xaldan 7,5 xal toplayan qrossmeyster Nicat Abasov qazanmışdır. İkinci-üçüncü yerlərə ondan yarım xal geri qalan həmyerliləri Nail Bəşirli və Orxan Abdulov sahib olmuşlar. Son turda Nail Vladislav Kovalyova (Belarus), Orxan isə komanda yoldaşı Rəvan Əliyevə qalib gəlmişlər.

 

“Azəryol” kubok yolunda

 

Avropa Həndbol Federasiyasının “Çağırış kuboku” turnirinin 1/16 final mərhələsində Lüksemburqun “Düdelanj” komandasına hər iki oyunda böyük üstünlüklə qalib gələrək səkkizdəbir finala çıxan Bakının “Azəryol” klubu bu mərhələdə yoluna İsveç təmsilçisi ilə matçlarda davam edəcəkdir.

Azərbaycan paytaxtı həndbolçuları növbəti mərhələdə həmin ölkənin “Kristianstad” komandası ilə qarşılaşacaqlar. Oyunlar gələn ilin fevral ayına təyin edilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında