Liderlərin növbəti qələbələri

İdman

Topaz Premyer Liqasının 12-ci turunda keçirilmiş dörd oyundan üçündə hakimlər qonaqların qələbəsini qeydə almışlar: “Keşlə”–“Zirə”–0:1, “Kəpəz”–“Səbail”–2:3, “Neftçi”–“Qəbələ”–2:3. “Doğma divarlar” arasında oynayan komandalardan təkcə “Sumqayıt”ı  2:0 hesabı ilə məğlubiyyətə uğradan “Qarabağ” pərəstişkarlarını sevindirə bilmişdir.

Liderlər üçlüyünün növbəti qələbələri onların turnir mövqelərini bir qədər də möhkəmləndirmişdir. Cədvələ başçılıq edən Ağdam klubu 11 oyunda 28 xal toplamışdır. İkinci–üçüncü pillələrdə 12 görüşdən sonra müvafiq surətdə 27 və 25 xala malik  “Zirə” və “Qəbələ” komandaları irəliləyirlər. Dördüncü mövqedə olan “Sumqayıt”ın (16 xal) “Qəbələ”dən 9 xal geri qalması da liderlər üçlüyünün bugünkü mövqeyinin kifayət qədər möhkəm olduğunu təsdiq edir.

Milli çempionatımızda növbəti, 13-cü turun oyunları noyabrın 25-də (“Neftçi”–“Keşlə”, “Kəpəz”–“Qəbələ”) və 26-da (“Zirə”–“Qarabağ”, “Sumqayıt”–“Səbail”) keçiriləcəkdir.

 

Finiş yaxınlaşır

 

Paytaxtımızda finişə yaxınlaşmaqda olan “Baku Open–2017” beynəlxalq şahmat turnirində 7 turdan sonra baş mükafata daha yaxın olan azərbaycanlı qrossmeyster Nicat Abasov və belaruslu Vladislav Kovalyov hərəyə 6 xal toplamışlar.

Yeddinci turda Abasov Belarus təmsilçisi Kiril Stupak üzərində qələbə qazanmış, Kovalyov isə Stanislav Boqdanoviçə (Ukrayna) qalib gəlmişdir.

Bir qrup iştirakçı, o cümlədən, 5,5 xal toplayıb əlavə göstəricilərə görə üçüncü yerdə olan Azərbaycan şahmatçısı Nail Bəşirli liderlərdən yarım addım geri qalır.

 

“Azəryol”un böyük üstünlüyü ilə

 

Bakının “Azəryol” klubunun həndbolçuları qadın komandaları arasında “Çağırış kuboku” turnirinin üçüncü təsnifat mərhələsinin hər iki oyununu qələbə ilə başa vurmuşlar.

Lüksemburqun  “Düdelanj” komandası ilə görüşlər qarşılıqlı razılığa əsasən, rəqib meydanında keçirilmişdir. Azərbaycan paytaxtının həndbolçuları hər iki oyunda böyük üstünlüklə qalib gəlmişlər – 36:15 və 32:16. İndi “Azəryol” növbəti mərhələdə mübarizəni davam etdirəcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında