Qran-prinin startında “dinc” nəticə

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın Palma-de-Malyorka şəhərində keçirilən FİDE-nin Qran-pri turnirinə “dinc” nəticə ilə başlamışdır. Qrossmeysterimiz startda rusiyalı Aleksandr Ryazantsevlə heç-heçəyə razılaşmışdır.

Turun daha beş görüşündə rəqiblər bir-birinin müqavimətini qıra bilməmişlər. Üç oyun isə məhsuldar başa çatmışdır. Bu görüşlərdə Maksim Vaşye-Laqrav (Fransa) israilli Boris Gelfanda, Ernesto İnarkiyev (Rusiya) çinli Li Çaoya, hollandiyalı Aniş Giri macar Rixard Rapporta qalib gələrək turnirin ilk liderləri olmuşlar.

Qəzetimizin dünənki nömrəsində diqqətinizə çatdırdığımız kimi, FİDE-nin Qran-pri yarışları seriyası dörd mərhələdən ibarətdir və Palma-de-Malyorkada turnir bu seriyadan sonuncudur. Dörd mərhələnin ümumi yekununda ilk iki yeri tutan şahmatçılar gələn ilin mart ayında Berlində keçiriləcək iddiaçılar turnirinə vəsiqə qazanacaqlar. Vəsiqələrə əsas namizədlər artıq Qran-prilərdə çıxışlarını başa vurmuş Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov, rusiyalı Aleksandr Qrişuk, habelə hazırda Palma-de-Malyorkada oynayan Rəcəbov və Vaşye-Laqravdır.

Dünən turnirdə ikinci turun görüşləri keçirilmişdir. Azərbaycanlı qrossmeyster bu dəfə qara fiqurlarla ispan Fransisko Valyexoya qarşı oynamışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında