Mundiala gurultulu qələbə ilə

Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonasından mundiala sonuncu vəsiqəni Danimarka komandası qazanmışdır. Bu ölkənin futbolçuları pley-off mərhələsinin Dublində keçirilmiş İrlandiya–Danimarka cavab görüşündə hamını gurultulu qələbə ilə təəccübləndirmişlər– 5:1!

Noyabrın 11-də Kopenhagendə ilk oyunda rəqibər meydanı qolsuz heç-heçə ilə tərk etmişdilər və cavab görüşü ərəfəsində onların iki oyunun ümumi yekununda cütün qalibi olub dünya çempionatına vəsiqə qazanmaq imkanları bərabər idi.Dublində hesabı İrlandiya açsa da, Danimarka buna beşqat artıqlaması ilə cavab verdi. Görüşün qəhrəmanı isə 3 qolun müəllifi Kristian Eriksen oldu. Danimarka dünya çempionatı – 2018-in Avropadan sonuncu, 14-cü iştirakçısıdır.

Gələn il Rusiya stadionlarında keçiriləcək çempionatda qitəmizi təşkilatçı ölkənin komandası ilə yanaşı, seçmə yarışlarında doqquz qrupun qalibləri, habelə pley-off mərhələsi sınaqlarında fərqlənmiş İngiltərə, Belçika, Almaniya, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə, İsveç və Danimarka komandaları təmsil edəcəklər.

Rusiyada dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək keçiriləcəkdir. Mundialın qrup mərhələsinin püşkü tezliklə, dekabrın 1-də Moskvada atılacaqdır.

 

Qrossmeysterlər iki qələbə ilə başladılar

 

Paytaxtımızda keçirilən “Baku Open–2017” beynəlxalq şahmat turnirinin mükafatları uğrunda 124 rəqib, o cümlədən 11 qrossmeyster mübarizə aparır. Onlar arasında ən yüksək reytinqə malik üç iştirakçı belaruslu Vladislav Kovalyov (2626), Azərbaycan şahmatçısı Nicat Abasov (2596) və Belarus Respublikasının digər təmsilçisi Aleksey Aleksandrovdur (2588).

Turnir İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarətdir. İlk iki raundda iyirmidən çox şahmatçı, Abasov, Azər Mirzəyev, Kovalyov, Aleksandrov, ukraynalı Stanislav Boqdanoviç və daha bir qrup iştirakçı hərəyə 2 xal toplamışlar.

Turnirdə Azərbaycan, Belarus, Ukrayna şahmatçıları ilə yanaşı İran İslam Respublikası, Rusiya, Qazaxıstan, Əfqanıstan nümayəndələri də iştirak edirlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında