İsveçrə və Xorvatiyanın mundial sevinci

İdman

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə yarışlarının Avropa zonasından daha iki finalçı məlum olmuşdur. İsveçrə və Xorvatiya da sevinc içərisindədir. Bu ölkələrin milli komandaları pley-off sınaqlarından şərəflə çıxmışlar.

İsveçrə komandası iki oyunun yekununda Şimali İrlandiya yığmasından üstün olmuş (səfərdə 1:0 hesabı ilə qələbədən sonra evdə qolsuz heç-heçə), Xorvatiya futbolçuları da öz növbələrində Yunanıstan “səddini” qələbə və heç-heçə ilə keçmişlər – 4:1, 0:0.

İsveçrə və Xorvatiyadan başqa, dünya çempionatı–2018-in təşkilatçısı Rusiya, Braziliya, İran, Yaponiya, Meksika, Belçika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, İslandiya, Serbiya, Portuqaliya, Fransa, Uruqvay, Argentina, Kolumbiya, Seneqal, Mərakeş, Tunis və Panama komandaları da mundialın medalları uğrunda mübarizə aparacaqlar.

Rusiyada dünya çempionatının ilkin mərhələsində qrupların tərkibi dekabrın 1-də keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək. Çempionat iyunun 14-də başlayıb iyulun 15-də finişə çatacaq.

 

Azərbaycan şahmatçıları İtaliyada dünya çempionatında

 

İtaliyanın Tarvizio şəhərində 20 yaşadək oğlan və qızlar arasında ­şahmat üzrə dünya çempionatına start verilmişdir. İsveçrə sistemi üzrə keçirilən hər iki turnir 11 turdan ibarətdir.

Rusiyanın chess.rezults saytında verilmiş siyahılara əsasən, qızların çempionatında 90 iştirakçı mübarizə aparır. Onlardan 8-i qrossmeyster adı daşıyır. Azərbaycan şahmatçısı Günay Məmmədzadə reytinqə görə siyahıda dördüncüdür.

Oğlanların yarışında isə mübarizəyə 152 rəqib, o cümlədən 17 qrossmeyster başlamışdır. Bu turnirdə ölkəmizi Elxan Bayramov təmsil edir. Qalib və mükafatçılar noyabrın 26-da məlum olacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında