10 oyunda 10 qələbə!

Azərbaycan məktəblisi Gövhər Beydullayeva Moskvada 14 yaşadək qızlar arasında Mixail Botvinnik adına kubok uğrunda beynəlxalq turnirdə fantastik nəticə göstərmişdir–10 oyunda 10 xal!

On bir iştirakçının mübarizə apardığı turnirdə şahmatçımız Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Ermənistan, Qırğızıstan, Moldova və Türkmənistandan olan bütün rəqiblərini məğlubiyyətə uğradaraq yarışın baş mükafatını qazanmışdır.

 Turnirdə 6,5 xalla ikinci yeri tutan
Mariam Mkrtçyan (Ermənistan) Gövhərdən nə az, nə də çox–3,5 xal geri qalmışdır. Bürünc medalın özbəkistanlı sahibi Yuliya Keqay isə 6 xal toplamışdır.

 

Xorvatiya mundialda?

 

Xorvatiya milli komandasının futbolçuları final turniri gələn ilin yayında Rusiya stadionlarında keçiriləcək dünya çempionatının pley-off mərhələsinin ilk oyunundan sonra mundialın iştirakçısı olmaq üçün özlərinə çox yaxşı zəmin yaratmışlar.

Zaqrebdə keçirilmiş görüşdə xorvatlar Yunanıstan komandasına böyük hesabla qalib gəlmişlər–4:1. Yunanların öz meydanlarında cavab matçında bu uğursuzluğun əvəzini artıqlaması ilə çıxmağa qüvvələri çatacaqmı? Noyabrın 12-də Yunanıstanda keçiriləcək oyunu gözləyək...

İsveçrə futbolçuları da pley-off mərhələsinin startında öz nəticələrindən razı qala bilərlər. Onlar səfərdə seçmə yarışlarının qrup mərhələsində Azərbaycan millisinin rəqibi olmuş Şimali İrlandiya komandasını məğlubiyyətə uğratmış (1:0) və Bazeldə cavab görüşünə daha yaxşı əhval-ruhiyyə ilə çıxacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında