Növbəti Azərbaycan Qran–prisinə daha çox azarkeş gələcək

Bakını gələn il aprelin 27-29-da yenə də həyəcanlı sürət yarışı gözləyir. Bu münasibətlə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) 2018 “Formula-1” Azərbaycan Qran-pri üçün biletləri azarkeşlərə endirimli qiymətlərlə təklif edir. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai mətbuat konfransında bu il bilet satışında endirimli qiymətlərdən danışdı: “ 2018 “Formula-1” Azərbaycan Qran-prisinə biletlərin satışına əlverişli qiymətlərlə start verilib. Noyabrın 6-dan dekabrın
31-dək həm xarici, həm də yerli avtoidman həvəskarları biletləri 20 faiz endirimli qiymətlərlə əldə edə bilərlər. Bundan başqa, sırf yerli sakinlərə 25 faizlik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim mətbuat konfransında çıxışında qeyd etdi ki, bu ilin yayında Bakıda gərgin mübarizənin və böyük sürprizlərin fonunda baş tutmuş möhtəşəm “Formula-1” yarışı dünyada böyük əks-səda doğurdu : “Biz hələ də bu yarış barədə “Formula 1” həvəskarlarından məktublar alırıq. Bu məktublarda onlar növbəti yarışda hökmən iştirak edəcəklərini bildirirlər. Bu isə o deməkdir ki, gələn il Bakıya əvvəlkindən daha çox avtoidman azarkeşi gələcək.”

İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün tribunalara 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 160-600 AZN arasında dəyişir. Bu kampaniya ərəfəsində dördgünlük biletlərə əlavə olaraq, ayaqüstü zonalara birgünlük bilet almaq mümkün olacaq. Bu zonalara birgünlük biletlərin qiyməti cümə günü üçün 60 manat, şənbə günü üçün 100 manat və bazar günü üçün 150 manatdır.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında