Bu gün: “Qarabağ”–“Atletiko”

Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsində bu gün 3-cü turun oyununu keçirəcək. Birinci dövrənin finişinə təsadüf edən görüşdə ölkə çempionu İspaniyanın “Atletiko” (Madrid) klubunu qəbul edəcək.

UEFA saat 20.00-da Bakı Olimpiya Stadionunda başlanacaq bu oyunun hakimliyini Fransa Futbol Federasiyasının nümayəndələrinə həvalə etmişdir. Baş hakim funksiyasını Ruddi Buke yerinə yetirəcəkdir.

Bu gün bizim qrupda daha bir oyun isə Londonda keçiriləcəkdir. Orada “Çelsi” futbolçuları “Roma” ilə görüşəcəklər.

Bugünkü görüşlər ərəfəsində “C” qrupunda “Çelsi” liderdir–6 xal. Turnir cədvəlində onun ən yaxın izləyicisi “Roma” 4 xal toplamışdır. “Atletiko”nun 1 xalı var, “Qarabağ” isə hələlik xal qazanmayıb.

O. BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında