“Odlar Yurdu” üçüncü pillədədir

Türkiyənin Antalya şəhərində keçirilən kişi və qadın komandaları arasında şahmat üzrə klublararası Avropa çempionatının ilk üç turunda kişilərin yarışında ən yaxşı nəticəni Rusiyanın “Qlobus”, Azərbaycanın “Odlar Yurdu”, Makedoniyanın “Qambit” və Hollandiyanın “Leyden” komandaları göstərmişlər.

Liderlər üç matçda maksimum miqdarda hərəyə 6 xal toplamışlar. Əlavə göstəricilərə görə, turnir cədvəlinin ilk iki pilləsində “Qlobus” və “Odlar Yurdu” komandaları irəliləyirlər.

Qrossmeysterlərimiz Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Nicat Abasov və Azər Mirzəyev çempionata İngiltərə təmsilçisi üzərində qələbə ilə başlamış (5,5:0,5), ertəsi gün Riqa Texniki Universitetinin komandasını 4,5:1,5 hesabı ilə məğlubiyyətə uğratmış, üçüncü turda isə İtaliyanın “Padova” klubuna qalib gəlmişdir–3,5:2,5.

Çempionatda medallar uğrunda mübarizədə “Odlar Yurdu” ilə yanaşı addımlayan “Qlobus”un heyətində Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov da çıxış edir. Qrossmeysterimiz ikinci taxtada üç görüşdə 2,5 xal qazanmışdır.

Qadın komandalarının turnirində Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Aydan Höccətova və Xanım Balacayevadan ibarət heyətimiz startda İsrailin “Beer Şeva” və Gürcüstanın “Nona” klubları üzərində müvafiq surətdə 3,5:0,5 və 2,5:1,5 hesabı ilə qələbə qazandıqdan sonra “Bossa Nova” (Belarus) ilə görüşmüşdür. Bu matçda rəqibimizin xeyrinə  2,5:1,5 hesabı qeydə alınmışdır.

Turnirdə üç turdan sonra Belarus təmsilçisi liderdir–6 xal. “Odlar Yurdu” 4 xalla üçüncü pillədədir.

Dünən axşam keçirilən 4-cü turda “Odlar Yurdu”nun kişi qrossmeysterləri hollandiyalı rəqiblərlə qarşılaşmış, qadın şahmatçılarımız isə “Anadolu” klubu (Türkiyə) ilə görüşmüşlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında