Mundialda Avropanı hansı komandalar təmsil edəcək?

Oktyabrın 10-da keçirilmiş son doqquz oyunla futbol üzrə dünya çempionatının Avropa zonasında seçmə yarışlarına yekun vurulmuş və azarkeşləri maraqlandıran sualların bir qisminə cavab alınmışdır.

Gələn il Rusiyada təşkil olunacaq dünya çempionatına qitəmizdən birbaşa vəsiqələri Almaniya, Fransa, İspaniya, İngiltərə, İslandiya, Belçika, Serbiya, Polşa və Portuqaliya komandaları qazanmışlar. Mundiala ev sahibliyi edəcək Rusiyanın seçmə turnirində iştirak etmədən dünya çempionatında oynayacağını da xatırlamalı olsaq, artıq Avropadan 10 ölkənin komandaları ümumdünya futbol bayramına hazırlaşa bilərlər.

Doqquz qrupdan səkkizində ən yüksək nəticə ilə ikinci yeri tutmuş İtaliya, Xorvatiya, İrlandiya, İsveçrə, İsveç, Yunanıstan, Danimarka və Şimali İrlandiya yığmaları da xoşbəxt komandalar sırasında özlərinə yer edə bilərlər. Bunun üçün onlar pley-off sınaqlarından qalib ayrılmalıdırlar. Pley-off mərhələsinin ilk oyunları noyabrın 9–11-də, cavab görüşləri isə 12–14 noyabrda keçiriləcəkdir. Bu komandaların və onların pərəstişkarlarının pley-off sınaqlarını bir ay ərzində necə həyəcanla gözləyəcəklərini təsəvvür etmək çətin deyil.

Onu da qeyd edək ki, İtaliyadan başqa, Avropadan ötən illərin dünya çempionlarının hamısı Almaniya, Fransa, İspaniya, İngiltərə çempionata birbaşa vəsiqə qazanmışdır. İtaliya isə bu sevinci növbəti mərhələdə yaşamağa çalışacaq. Pley-off görüşlərində qarşılaşacaq rəqiblər oktyabrın 17-də İsveçrənin Sürix şəhərində keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında