Mundiala aparan yolda

Oktyabrın 6-da final mərhələsi gələn il Rusiya stadionlarında keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin sonuncudan əvvəlki, doqquzuncu turunda daha üç qrupda oyunlar olmuşdur.

“D” qrupu. Gürcüstan–Uels–0:1, İrlandiya–Moldova–2:0, Avstriya–Serbiya–3:2. “İ” qrupu. Kosovo–Ukrayna–0:2, Türkiyə–İslandiya–0:3, Xorvatiya–Finlandiya–1:1.
“G” qrupu. Lixtenşteyn–İsrail–0:1, İtaliya–Makedoniya–1:1, İspaniya–Albaniya–3:0.

Əgər Türkiyə millisi bu turadək mundiala vəsiqə qazanmaq üçün kifayət qədər imkanı özündə saxlayırdısa, İslandiya ilə oyunda məğlubiyyətdən sonra onun dünya çempionatının final turnirinin iştirakçıları sırasında olmayacağı qəti müəyyənləşmişdir.

“İ” qrupunda Rusiyaya birbaşa vəsiqə qazanacaq komanda və bəxtini pley-offda sınayacaq kollektiv yalnız son turda məlum olacaq. Hazırda lider İslandiyanın 19, Xorvatiya ilə Ukraynanın 17, Türkiyənin 14, Finlandıyanın 8, Kosovonun 1 xalı vardır.

Oktyabrın 9-da keçiriləcək son turda Ukrayna futbolçuları xorvatiyalı rəqiblərini qəbul edəcəklər, İslandiya Kosovonu sınağa çəkəcək, həmçinin Finlandiya–Türkiyə görüşü keçiriləcəkdir.

Finiş ərəfəsində daha bir komanda xallarının sayını 25-ə çatdıran İspaniya millisi də dünya çempionatına birbaşa vəsiqəni özünə təmin etmişdir.

Seçmə mərhələnin doqquzuncu turuna dünən “A”, “B” və “H” qruplarında keçirilən oyunlarla yekun vurulmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında