“Odlar Yurdu” Antalyada

Bu gün Türkiyənin Antalya şəhərində kişi və qadınlardan ibarət komandalar arasında şahmat üzrə klublararası Avropa kuboku yarışlarına start veriləcəkdir. Kişilərin turnirində 36, qadınların yarışında 12 komanda çıxış edəcək.

Hər iki turnirdə Azərbaycanı “Odlar Yurdu” təmsil edəcək. Kişi qrossmeysterlərimiz Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Nicat Abasov və Azər Mirzəyevdən ibarət heyətlə mübarizə aparacaqlar.

Qadın komandamızın şərəfini Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Aydan Höccətova, Xanım Balacayeva və Zeynəb Məmmədyarova qoruyacaqlar.

Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov isə Avropa klub çempionatında Rusiyanın “Qlobus” komandası heyətində çıxış edəcək. Bu komandaya, həmçinin Vladimir Kramnik, Aleksandr Qrişuk, Sergey Karyakin, Aniş Giri, Yan Nepomnyaşi, Anton Korobov və Denis Xismatullin daxildirlər.

İsveçrə sistemi üzrə keçiriləcək turnirlər yeddi turdan ibarətdir və oktyabrın 14-də başa çatacaq.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında