Futbol üzrə dünya çempionatının seçmə mərhələsi: Azərbaycan – Çexiya 1:2

Dünən futbol üzrə Azərbaycan milli komandası 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Çexiya yığmasını qəbul edib.

Seçmə mərhələnin IX turu çərçivəsində keçirilən “C” qrupunun ilk görüşündə qonaqlar üstün olublar – 1:2.

Matçın 35-ci dəqiqəsində çexiyalıların hücumu nəticəsində hesab açılıb. Rəqibin hücumu zamanı Kamran Ağayev ilk zərbəni dəf etsə də, özünü yetirən Yan Kopiç topu qapıdan keçirib.

İkinci hissədə hesabı bərabərləşdirmək üçün daha inamlı oyun nümayiş etdirən futbolçularımız 54-cü dəqiqədə istəklərinə çatıblar. Komandamızın sürətli əks-hücumu zamanı Riçard Almeydanın ötürməsindən sonra rəqibin cərimə meydançasında topu qəbul edən Əfran İsmayılovun qarşısı kobudluqla alındığına görə hakim qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Zərbəni dəqiq yerinə yetirən Əfran İsmayılov hesabı bərabərləşdirib – 1:1.

Görüşün 66-cı dəqiqəsində qonaqlar yenidən hesabda irəli çıxıblar. Antonin Barak hava ötürməsindən sonra topu başla qapıya göndərib – 1:2.

Beləliklə, doqquz turdan sonra Azərbaycan seçməsinin aktivində 10 xal var. Milli komandamız seçmə mərhələ çərçivəsində qrupda sonuncu görüşünü oktyabrın 8-də səfərdə Almaniya yığmasına qarşı keçirəcək.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında