Startda qolsuz heç-heçə

Azərbaycanın 19 yaşlı futbolçulardan ibarət yığma komandası bu günlər İrlandiyada keçirilən Avropa birinciliyinin seçmə yarışlarında elit mərhələyə vəsiqə uğrunda mübarizə aparır. Həmvətənlərimiz turnirin startında meydan sahibləri irlandiyalı yaşıdları ilə görüşmüşlər. Gərgin oyunda rəqiblərin bütün cəhdlərinə baxmayaraq, hesab açılmamış və qolsuz heç-heçə qeydə alınmışdır – 0:0.

Bu rəqiblərin çıxış etdikləri 7-ci qrupda birinci turun digər görüşündə Serbiya komandası Kipr yığmasına 1:0 hesabı ilə qalib gəlmişdir.

Azərbaycan futbolçuları növbəti iki oyunu oktyabrın 7-də serblərə və bundan üç gün sonra Kipr komandasına qarşı keçirəcəklər.

UEFA-nın saytında qeyd olunduğu kimi, seçmə mərhələdə iştirak edən 52 kollektiv hərəsində 4 komanda olmaqla 13 qrupa bölünmüşdür.  Hər qrupda ən yaxşı iki komanda elit mərhələyə vəsiqə qazanacaq.

Türkiyə millisinin Slovakiya, Uels və Qazaxıstanla birlikdə 13-cü qrupda yarışacağını da qeyd  edək.  Bu qrupun oyunları noyabrın 7-13-də keçiriləcəkdir.

Elit mərhələnin  yeddi qalibi Avropa çempionatının final mərhələsində çıxış etmək hüququ qazanacaq. Final turnirinin səkkizinci iştirakçısı təşkilatçı ölkənin təmsilçisi kimi Finlandiya komandası olacaq. Bu ölkədə həlledici görüşlər 2018-ci il iyulun 16-dan 29-dək keçiriləcəkdir.

Millimizin Avropa birinciliyinin seçmə turnirində  startını uğurlu hesab etmək olar. Təbriz Həsənovun yetirmələri yarış sahibləri ilə oyunda bir xal qazana bilmişlər. İndi qrupun iki qalibindən biri olub növbəti mərhələyə çıxmaq üçün Serbiya və Kipr komandaları ilə oyunlarda mümkün qədər çox xal toplamaq lazımdır.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında