İDMAN

Eyni hesabla qonaqların xeyrinə

Topaz Premyer Liqasının 7-ci turu ilə birinci dövrəyə yekun vurulmuşdur. Bu tur qonaq komandaların üstünlüyü şəraitində davam etmiş və dörd oyundan üçündə onların xeyrinə eyni hesab qeydə alınmışdır: “İnter” – “Neftçi” – 0:2, “Qəbələ” – “Kəpəz” – 0:2, “Səbail” – “Sumqayıt” – 0:2. “Qarabağ”la “Zirə” isə bir-birlərinin müqavimətini qıra bilməyərək qolsuz heç-heçəyə razılaşmışlar.

Yeddi turdan sonra lider  16 xala malik “Qarabağ”dır. Üstəlik də, Ağdam klubu 15 xalla ikinci pillədə irəliləyən “Zirə”dən bir oyun az keçirmişdir. Üçüncü yeri isə 13 xalla “Qəbələ” tutur.

Səkkizinci turun görüşləri oktyabrın 13-15-də keçiriləcəkdir: “İnter” – “Qarabağ”, “Zirə” – “Kəpəz”, “Sumqayıt” – “Qəbələ”, “Neftçi” – “Səbail”.

 

Fransalı hakimlər briqadası

 

Final mərhələsi gələn il Rusiya stadionlarında təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə yarışları çərçivəsində Azərbaycan milli komandasının Çexiya yığmasına qarşı keçirəcəyi növbəti görüşü fransalı hakimlər briqadası idarə edəcəkdir. Matçda baş hakim funksiyasını Benua Millo yerinə yetirəcəkdir.

Xatırladaq ki, “C” qrupuna daxil olan bu komandaların görüşü oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20-də başlanacaq.

 

Yunanıstana hansı heyətlərlə?

 

Oktyabrın 28-dən noyabrın 6-dək Yunanıstanda keçiriləcək kişi və qadınlar arasında şahmat üzrə Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyətlər məlum olmuşdur. Kişi qrossmeysterlərimiz Yunanıstana Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynovdan ibarət heyətlə gedəcəklər. Komandanın kapitanı rolunda Eltac Səfərli çıxış edəcək.

Qadın şahmatçıların turnirində ölkəmizin şərəfini Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova, Günay Məmmədzadə və Xanım Balacayeva  qoruyacaqlar. Komandanın kapitanı Fikrət Sideifzadədir.

Rusiyanın e3e5 saytının yaydığı xəbərə görə, kişilərin turnirində qitə birinciliyinin medalları uğrunda 37, qadınların yarışında isə 31 komanda mübarizə aparacaq. İsveçrə sistemi üzrə keçiriləcək Avropa çempionatları doqquz turdan ibarət olacaq. Hər iki turnir noyabrın 6-da finişə çatacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında