Yarımfinala asan qələbələrlə

Milli Gimnastika Arenasında voleybol pərəstişkarlarının böyük maraqla izlədikləri qadın komandaları arasında Avropa çempionatında yarımfinala ilk “biletləri” Hollandiya və Serbiya kollektivləri qazandılar.

Gözlənildiyinin əksinə olaraq, onların hər ikisi dörddəbir finalda heç bir problemlə üzləşmədi, hollandlar beynəlxalq voleybol dairələrində dünyanın ən güclü komandalarından biri kimi tanınan İtaliya yığmasına, serblər isə Belarus komandasına çətinlik çəkmədən qalib gəldilər. Hakimlər hər iki görüşdə 3:0 hesabı qeydə aldılar.

Hollandiya komandasının italyanlardan açıq-aşkar üstün olduğu diqqəti dərhal cəlb edirdi. Hiss olunur ki, bu kollektiv çox şeyə nail ola bilər. Elə onun oyunçusu Seleste Plak da Rusiyanın “R–Sport” agentliyinə müsahibəsində bu barədə danışıb:

– Bu Avropa çempionatında bizim məqsədimiz fəxri kürsüyə yüksəlməkdir. Hələlik “qızıl” haqqında düşünmürük. Görək, sonra necə olacaq? Əlbəttə ki, əgər qızıl medallar qazansaq, bu, çox yaxşı olar.

Digər yarımfinalçı Serbiya kollektivinin də çox iddialı komanda olduğuna belə bir fakt sübutdur ki, bu ölkənin voleybolçuları bir il əvvəl Rio-de-Janeyro Olimpiadasında gümüş mükafatçı olmuşlar. Serblər XXXI Olimpiya Oyunlarında yalnız finalda Çin komandasına uduzmuşlar.

Avropa çempionatında dörddəbir final mərhələsi dünən axşam başa çatmışdır. Bu gün isə yarımfinal matçları oynanılacaq. Final və üçüncü yer uğrunda görüşlər oktyabrın birində keçiriləcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında