“Aşqabad – 2017”: Kim irəlidədir?

Türkmənistanın paytaxtı Aşqabadda keçirilən qapalı məkanlarda V Asiya Oyunlarının mükafatları uğrunda 64 ölkə idmançıları mübarizə aparırlar. Onlardan 45-i Asiya, 19-u isə Okeaniya ölkələridir. On iki gün üçün nəzərdə tutulmuş Oyunların proqramına 21 növ üzrə yarışlar daxildir.

Startların ilk üç günündə ən yaxşı nəticəni yarış sahibləri Türkmənistan idmançıları göstərmişlər. Onlar 62 medal–29 qızıl, 21 gümüş və 12 bürünc mükafat qazanmışlar. Siyahıda ikinci pillədə irəliləyən İran İslam Respublikasının komandası 4 qızıl, 2 gümüş, 6 bürünc mükafata sahib olmuş, üçüncü mövqedə olan Özbəkistan millisi 3 qızıl, 5 gümüş və 20 bürünc medala sevinmişdir.

Qazaxıstan komandasının (3+3+6) beşinci, Qırğızıstan yığmasının (1+3+4) doqquzuncu, Tacikistan millisinin (1 gümüş, 10 bürünc medal) 19-cu pillədə olduqlarını da qeyd edək.

Türkmənistan paytaxtında “Aşqabad–2017” turnirlərinə sentyabrın 27-də yekun vurulacaq.

 

Albena rinqində

 

Bolqarıstanın Albena şəhərində yenicə starta çıxmış yeniyetmələr arasında Avropa birinciliyi usta boksçuların yaxın ehtiyat qüvvəsinə növbəti baxışdır. Turnir məşqçilərə gərgin görüşlərdə yetirmələrinin hazırlıq səviyyəsini qiymətləndirmək imkanı verəcək.

Milli Boks Federasiyası saytının bu çempionat barədə yaydığı xəbərdə bildirilir ki, Azərbaycan komandası Albena rinqində tam heyətlə çıxış edir. Ümumilikdə isə səkkiz gün davam edəcək Avropa birincliyinin mükafatları uğrunda 32 ölkədən 260 boksçu mübarizə aparır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında