Bir gündə 6 medal

Azərbaycan cüdoçuları Sloveniyanın Maribor şəhərində keçirilən gənclər arasında Avropa çempionatına inamla başlayaraq yarışın elə birinci günü 6 medal-2 qızıl, 2 gümüş və 2 bürünc mükafat qazanmışlar.

Kəramət Hüseynov (60 kq) və Hidayət Heydərov (73 kq) turnirdə bir dəfə də “büdrəməyərək” Avropa birinciliyinin qalibi olmuşlar. Yalnız finalda uduzan Raşxan Baxşəliyev (55 kq) və Murad Fətiyev (73 kq) gümüş mükafat qazanmışlar. Bürünc medallara isə qızların yarışında Gültac Məmmədəliyeva (48 kq) və Nəzakət Əzizova (52 kq) sahib olmuşlar.

 

Hərbçi güləşçilər Litvada görüşəcəklər

 

Sentyabrın 18-dən 25-dək Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı keçiriləcəkdir. Azərbaycan idmançıları həm sərbəst və yunan-Roma, həm də qadın güləşində təmsil olunacaqlar. Yarışlarda əvvəlcə “sərbəstlər” və qadın güləşçilər arasında dünya çempionları müəyyənləşdiriləcək, sonra “klassiklər” mübarizəyə qoşulacaqlar.

Azərbaycan Güləş Federasiyası saytının qarşıdakı yarış barədə yaydığı xəbərdə həmçinin bildirilir ki, sentyabrın 24-də çempionatda iştirak edən ölkələrin Mədəniyyət Günü keçiriləcək.

Onu da xatırladaq ki, hərbçi güləşçilərin ötənilki dünya çempionatında Azərbaycan idmançıları sərbəst güləşdə 3 medal (1 qızıl, 1 gümüş və 1 bürünc), yunan-Roma güləşində isə 6 mükafat (1 +3+2) qazanmışdılar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında