“Beşiktaş” İstanbula lider kimi qayıtdı

Azərbaycanda da çoxlu pərəstişkarı olan Türkiyənin bu məşhur klubu UEFA Çempionlar Liqasının qrup mərhələsi oyunlarına səfərdə Portuqaliyanın “Portu” komandası üzərində çox mühüm qələbə ilə başlayaraq doğma şəhərə “G” qrupunun lideri kimi qayıtmışdır. “Qara qartallar” startda 3 xalı üç qolla qazanmışlar – 3:1.

Bu qrupda “Leypsiq” (Almaniya) – “Monako” (Fransa) görüşündə qeydə alınmış 1:1 hesabı da Şenol Günəşin komandası üçün sərfəli olmuş və qardaş ölkə təmsilçisi birinci turdan sonra turnir cədvəlində 3 xalla qrupun lideri mövqeyinə yüksəlmişdir.

İndi “Beşiktaş” bu müvəffəqiyyəti sentyabrın 26-da İstanbulda “Leypsiq” ilə görüşdə bir qədər də inkişaf etdirməyə çalışacaq.

Həmin axşam daha iki qrupda ilk liderlər təbrikləri qəbul etmişlər. “H” qrupunda Madridin “Santyaqo Bernabeu” stadionunda “Real”ın Kiprin APOEL klubu ilə görüşündə ispanların böyük üstünlüyü üç cavabsız qolla ifadə olunmuş – 3:0, “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) matçında da meydan sahiblərinin zərbələri daha dəqiq olmuşdur – 3:1. Bu qələbələrdən sonra ispanlar və ingilislər növbəti turun oyunlarına daha yaxşı əhval-ruhiyyə ilə hazırlaşacaqlar.

“F” qrupunda “Şaxtyor” İtaliyanın “Napoli” klubu ilə görüşdə Donetski və bütün Ukraynanı qələbə ilə sevindirmiş – 2:1, “Mançester Siti” (İngiltərə) isə Hollandiyada oynamasına baxmayaraq “Feyenoord” üzərində dörd cavabsız qolla qələbə qazanmışdır – 4:0.

“E” qrupunda hər iki görüşdə qüvvələr bərabər olmuş və rəqiblər hərəyə bir xalla kifayətlənmişlər: “Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya) – 2:2, “Maribor” (Sloveniya) – “Spartak” (Rusiya) – 1:1. Bu qrupda bütün dörd komanda ikinci tura bir xalla başlayacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında