Idman

Dünya Kubokuna iddiaçıların sıraları seyrəlir

 

Tbilisidə şahmat üzrə Dünya Kuboku yarışında 1/32 final mərhələsinə yenicə yekun vurulmuş və bütün əsas mübarizə hələ irəlidədir. Amma artıq bir sıra məşhur qrossmeysterlər  mübarizəni dayandırmışlar.

Hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand, dünya şahmat tacı uğrunda sonuncu matçda Maqnus Karlsenin (Norveç) rəqibi olmuş rusiyalı Sergey Karyakin, onun həmvətənləri Yevgeni Tomaşevski, Ernesto İnarkiyev, ukraynalılar Pavel Elyanov, Ruslan  Ponomaryov, ingilis Maykl  Adams və başqaları turnirlə vidalaşmalı olmuşlar.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ikinci mərhələdə müvafiq surətdə Yuri Kuzubov (Ukrayna) və Vladislav Artemyevlə (Rusiya) qarşılaşmışlar. Hər iki matçın əsas görüşlərində heç-heçə qeydə alınmışdır – 1:1.

Bu rəqiblərin görüşlərində, habelə daha bir neçə matçda qaliblərin müəyyənləşdirilməsi üçün dünən tay-breyklər keçirilmişdir.

Üçüncü mərhələ (1/16 final) matçları sentyabrın 9-11-nə təyin edilmişdir.

 

Dördüncü tur starta çıxır

 

Bu gün “Qəbələ” – “Zirə” və “İnter” – “Kəpəz” görüşləri ilə Topaz Premyer Liqasında dördüncü tura start veriləcək.  Sabah isə “Sumqayıt” və “Neftçi” komandaları qarşılaşacaqlar. Turun daha bir oyunu “Səbail” – “Qarabağ” görüşü UEFA  Çempionlar Liqasının qrup mərhələsi sınaqlarına hazırlaşan  Ağdam klubu rəhbərliyinin xahişi ilə başqa vaxta keçirilmiş və dekabrın 8-də oynanılacaq.

Dördüncü tur ərəfəsində turnir cədvəlinə yüzfaizli nəticə ilə başçılıq edən “Zirə” və “Qarabağ” 9 xal toplamışlar, cədvəldə onların ən yaxın izləyicisi “Qəbələ” 6 xala malikdir.

Bu arada Çempionlar Liqasının qrup turniri oyunlarına bir qədər də yaxınlaşmışıq. Azərbaycan çempionunun Londonda “Çelsi” ilə sentyabrın 12-də keçiriləcək ilk görüşünə cəmi üç gün qalır.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında