Məmmədyarov Kuzubova, Rəcəbov Artemyevə qarşı

Azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Tbilisidə keçirilən Dünya Kuboku yarışında ilk səddi uğurla dəf etmişlər. Şahmatçılarımız 1/64 finalda rəqiblərini eyni hesabla (1,5:0,5) məğlubiyyətə uğratmışlar. Məmmədyarov çinli Li Quançuya, Rəcəbov isə Farer adaları nümayəndəsi Xelqa Dam Zaskuya qalib gəlmişlər.

Gürcüstan paytaxtında kubok uğrunda mübarizəyə 128 iştirakçı qoşulmuşdu. Tay-breyklərlə başa çatan birinci mərhələ görüşlərindən sonra onların sayı ikiqat azalmış, yarış meydanında 64 rəqib qalmışdır. Turnir nokaut-sistem üzrə keçirilir, uduzan şahmatçılar mübarizəni dayandırırlar. Hər mərhələdə rəqiblər bir-birilə iki dəfə görüşürlər (ağlar və qaralarla). İki oyundan sonra hesab heç-heçə olduqda qalib sürətli şahmatda müəyyənləşir.

Dünya Kubokunun sahibi sentyabrın 23-27-nə təyin edilmiş final görüşlərindən sonra məlum olacaq. Finalçılar gələn il iddiaçıların turnirində oynamaq hüququ qazanacaqlar.

İkinci mərhələdə Məmmədyarov ukraynalı qrossmeyster Yuri Kuzubova qarşı oynayır, Rəcəbov isə Vladislav Artemyevlə (Rusiya) görüşür. Hər iki matçın birinci raundunda heç-heçə qeydə alınmışdır. Dünən ikinci görüşlər keçirilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında