Hamburq rinqində tarixi qələbə

Almaniyanın Hamburq şəhərində dünya çempionatında böyük hünər göstərmiş Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov tarixi nailiyyət qazanmışdır. Artıq bir neçə gündür ki, millimizin lideri üçqat dünya çempionu adı daşıyır və bununla haqlı olaraq fəxr edə bilər.

Qızıl medalın sahibi 91 kq-dan yuxarı çəki dərəcəsində bütün rəqiblərini bir-birinin ardınca bacarıqla “aradan götürmüşdür”. Hindistanlı Kumar Satiş, İordaniya idmançısı Hüseyn İaşai, Fransa təmsilçisi Cəlil-Dini Aboudo Moindze, avstraliyalı Joze Qudall, finalda isə Qazaxıstan boksçusu Kamşıbek Konkabayev Məcidovun güclü və dəqiq zərbələrindən sonra rinqi məğlubiyyətlə tərk etməli olmuşlar.

Bununla da 2011-ci ildə Bakıda, 2013-də Almatıda keçirilən dünya çempionatlarının qalibi Hamburqda həmin uğurları təkrar edərək ən ağır çəki dərəcəsində üçqat dünya çempionu olmuşdur. Məcidovun London Olimpiadası – 2012-nin bürünc mükafatçısı olduğunu da unutmamışıq.

Hamburqda dünya çempionatı Azərbaycan üçün həm də komandamızın digər üzvü Kamran Şahsuvarlının (75 kq) bürünc medalı ilə əlamətdar olmuşdur.

Bundan əlavə, Azərbaycan yığması komanda hesabında Kuba (5 qızıl və 2 gümüş mükafat), Özbəkistan (1+3+2) və Qazaxıstan (1+2+3) kollektivlərindən sonra komanda hesabında dördüncü olmuş, Avropa ölkələri arasında isə birinci nəticə göstərmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında