Şahsuvarlı və Məcidov finalın astanasında

Almaniyanın Hamburq şəhərində finişə yaxınlaşmaqda olan boks üzrə dünya çempionatında Azərbaycanın rinq ustaları ən azı iki bürünc mükafatı özlərinə təmin etmişlər. Lakin Kamran Şahsuvarlı ­  (75 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan  yuxarı) yaxşı bilirlər ki, bürüncdən də qiymətli medallar var.

Rio-de-Janeyro Olimpiadası –2016-nın üçüncü mükafatçısı Şahsuvarlı dörddəbir finalda Kolumbiya boksçusu Xorxe Vivas Palasiosun güclü müqavimətinə baxmayaraq, çətin görüşdə rinqdən qalib ayrılmağı bacarmış və yarımfinala çıxmaqla ən azı bürünc medalı özünə təmin etmişdir. Finalın astanasında Kamranın rəqibi Abilxan Amankul (Qazaxıstan) olacaq.

Qazaxıstanın “sports.kz” portalının çempionat haqqında yaydığı xəbərdə bildirilir ki, Amankul dörddəbir finalda kubalı Olimpiya çempionu Arlen Lopesə qalib gəlmiş və  sensasiyaya səbəb olmuşdur.

İkiqat dünya çempionumuz Məcidov isə yarımfinala vəsiqəni Fransa təmsilçisi Camili-Dni Aboudo-Moindze üzərində qələbə sayəsində qazanmışdır. Bu görüşdə də hakimlər 3:2 hesabı qeydə almışlar.

Yarımfinalda boksçumuz Avstraliya təmsilçisi Cozef Qudell ilə görüşəcək. Sonuncu dörddəbir finalda rusiyalı Maksim Babanindən güclü olmuşdur.

Şahsuvarlı–Amankul yarımfinalı bu gün keçiriləcək, Məcidov isə Qudelli sabah sınağa çəkəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında