“Sərbəstlər”: 1 qızıl və 1 bürünc medal

Azərbaycanın sərbəst üsulla güləşənləri Parisdə başa çatmış dünya çempionatını 1 qızıl və 1 bürünc medalla tərk etmişlər.

Hacı Əliyevin 61 kq çəki dərəcəsində bütün rəqiblərinə böyük üstünlüklə qalib gələrək üçqat dünya çempionu adı daşımağa başladığı barədə xəbər vermişdik. Güləşçimizin bu tarixi nailiyyətindən bir gün sonra, çempionatın finişində isə onun komanda yoldaşı Aslanbek Alborov (97 kq) bürünc mükafatçı olmuşdur.

Fransa paytaxtına yeddi güləşçi ilə yola düşən millimiz komanda hesabında bir çox ölkəni qabaqlayaraq 32 xalla beşinci yeri tutmuşdur.

İlk üç yerə isə müvafiq surətdə ABŞ (54 xal), Rusiya (53) və Gürcüstan (40) yığmaları sahib olmuşlar.

Rusiya komandasının bir qızıl medal belə qazana bilmədiyini də qeyd edək.

 

Hamburq rinqində

 

Almaniyanın Hamburq şəhərində keçirilən boks üzrə dünya çempionatının ilk günlərində rinqə çıxan üç təmsilçimizdən ikisi yarışa uğurla başlamışdır.

Azərbaycan komandasında qələbələrin hesabını 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov açmışdır. Boksçumuz 1/16 finalda hindistanlı Satiş Kumarı 5:0 hesabı ilə məğlubiyyətə uğratmışdır.

Ertəsi gün Rio Olimpiadası –2016-nın bürünc mükafatçısı Kamran Şahsuvarlı da (75 kq) rinqdən qalib ayrılmışdır. Onun hollandiyalı rəqiblə səkkizdəbir final döyüşündə 3:2 hesabı qeydə alınmışdır. Şahsuvarlı bu gün dörddəbir finalda kolumbiyalı Xorxe Vivas Palasiosla görüşəcək.

Bir il əvvəl XXXI Olimpiadadan gümüş medalla qayıtmış Lorenso Sotomayor (64 kq) isə səkkizdəbir final səddini keçə bilməmişdir. O, misirli Eslam Məhəmmədlə görüşdə gərgin mübarizədən sonra 2:3 hesabı ilə uduzmuşdur.

Yığmamızın daha bir üzvü Pərviz Bağırov (69 kq) ilk görüşünü dünən səkkizdəbir finalda Monqolustan boksçusu Bamba Tuvaşinbata qarşı keçirmişdir.

Dünən Məcidov isə dünya çempionatı rinqində ikinci görüşünə çıxmışdır. Bu dəfə səkkizdəbir finalda onun rəqibi Hüseyn İşaiş (İordaniya) olmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında