Üçqat dünya çempionu

Bu ad Azərbaycanın sərbəst güləş üzrə milli komandasının üzvü Hacı Əliyevə çox yaraşır. Yarış meydanlarında parlaq qələbələri ilə mükəmməl ustalığına və bacarığına heç bir şübhə yeri qoymayan istedadlı güləşçi dünya çempionatlarında üçüncü dəfə ən yüksək zirvəni iki gün əvvəl,  avqustun 25-də Parisdə fəth etmişdir.

Həmin axşamdan üçqat dünya çempionu adını daşıyan Əliyev Fransa paytaxtında 61 kq çəki dərəcəsində onu qızıl medala aparan yolda beş rəqiblə üz-üzə gəlmiş, hamısını da asanlıqla məğlubiyyətə uğratmışdır.

Diqqət yetirin, ilkin mərhələlərdə qırğızıstanlı Alibek Osmonov və yapon Rinya Nakamura üzərində müvafiq surətdə 8:0 və 10:1 hesabı ilə qələbələr, dörddəbir finalda Mikola Bolotnyuk (Slovakiya), yarımfinalda Yovlis Rodriges (Kuba) ilə görüşlərdə 10:0, nəhayət, finalda Rusiya təmsilçisi Hacımurad  Rəşidovla mübarizədə 7:1.

Görüşlərin nəticələrindən göründüyü kimi, H. Əliyev Parisdə rəqiblərinə heç bir ümid yeri qoymamış, 2014 və 2015-ci illərdəki kimi, 2017-də də öz çəkisində dünyanın bir nömrəli güləşçisi olmuşdur. Afərin, Hacı!

Dünən, dünya çempionatının sonuncu günü daha dörd sərbəst güləşənimiz yarış meydanına dəvət olunmuşdur.

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında