“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi dünya idman mətbuatının diqqət mərkəzindədir

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi dünya idman mətbuatının diqqət mərkəzindədir.

Azərbaycanın adını 33-cü sırada UEFA Cempionlar Liqasında iştirakçı ölkə kimi qeyd etdirən “Qarabağ”a xarici media tərəfindən geniş yer verilib.

Fransanın “footmercato.net” saytında yer alan məqalədə “Qarabağ” komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinin təsadüfi olmadığı xüsusi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan təmsilçisinin matçın 63-cü dəqiqəsində vurduğu qol “Kopenhagen” klubunu çətin duruma salıb. “Qarabağ”ın futbolçularının son dəqiqəyədək inamlı mübarizə ruhu matçın taleyini həll etdi.

“Bursorama” saytı isə “Qarabağ”ın qələbəsini belə izah edib: “Qarabağ” UEFA Çempionlar Liqasına yüksələn ilk Azərbaycan komandası kimi yadda qaldı. Bu tarix hələ uzun zaman xatırlanacaq.

Belçikanın nüfuzlu “7sur7.be” saytında komandamızın uğuruna həsr olunan məqalə “Qarabağ üçün ilk” adlanır. Məqalənin müəllifi qeyd edib ki, “Qarabağ” komandası rəqibi olan “Kopenhagen” klubunu doğma meydanda 1:0 hesabı ilə məğlub edib. Danimarkada keçirilən cavab qarşılaşmasında “Qarabağ” inamlı oyun nümayiş etdirərək növbəti mərhələyə vəsiqəni təmin edib.

Qardaş Türkiyənin nüfuzlu idman portalları da UEFA Çempionlar Liqasının debutantı olan “Qarabağ”ın uğuruna geniş yer veriblər. Qardaş ölkənin nüfuzlu “ntvspor.net” saytında yer alan “Qarabağ” tarix yazdı” sərlövhəli məqalədə qeyd olunub ki, ev oyununda 1:0 hesabı ilə qalib gələn Azərbaycan klubu Danimarkada “Kopenhagen”in qapısına vurduğu qol sayəsində adını UEFA Çempionlar Liqasının qrup mərhələsinə yazdırıb. Üç mövsüm ərzində UEFA Avropa Liqasında təmsil olunan “Qarabağ” avrokuboklarda əldə etdiyi təcrübədən bəhrələnərək bu dəfə Çempionlar Liqasında mübarizə aparacaq.

“BBC Türk” portalında yayımlanan “UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu” sərlövhəli məqalədə isə “Qarabağ” klubunun tarixindən, komandanın əldə etdiyi nailiyyətlərdən ətraflı bəhs olunur.

Rusiyanın TASS informasiya agentliyində yayımlanan yazıda isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun komandanın bu nailiyyətinin Azərbaycanda futbolun inkişafına mühüm töhfə verəcəyi ilə bağlı fikirlərinə geniş yer verilib, klubun uğurlu çıxışından bəhs olunub. 

Tunisin “qlobalnet.tn” saytında qeyd olunub ki, Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələrək adını Azərbaycan idmanı tarixinə qızıl hərflərlə həkk etdi. Bundan başqa, bir çox ölkələrin fransızdilli saytları da “Qarabağ”ın qələbəsi barədə geniş material yayıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında