“Qarabağ” klubunun futbolçuları Vətənə qayıdıblar

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Danimarkanın “Kopenhagen” səddini aşaraq qrup mərhələsinə vəsiqə qazanan Ağdamın “Qarabağ” klubunun futbolçuları avqustun 24-də Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazan futbolçuları Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri, klubun azarkeşləri böyük coşqu ilə qarşılayıblar.

Klubun vitse-prezidenti Tahir Gözəl səmimi təbriklərə və fəal dəstəyə görə azarkeşlərə təşəkkürünü bildirib.

Sonra tərəfdarlar baş məşqçi Qurban Qurbanovu və futbolçuları bir-bir alqışlayıblar. Komandanın üzvləri azarkeşlərin hərarətli alqış sədaları altında avtobusa minərək hava limanını tərk ediblər.

Qitənin ən nüfuzlu klub turnirində mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan “Qarabağ” Gürcüstanın “Samtredia” və Moldovanın “Şerif” klublarını mübarizədən kənarlaşdırıb. Ağdamlılar pley-off mərhələsində Danimarkanın “Kopenhagen” komandasından üstün olaraq Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar.  

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında