Azərbaycan Universiadaya qızıl medalla başladı!

Azərbaycan idmançıları Tayvanın paytaxtı Taypey şəhərində keçirilən XXIX Ümumdünya Yay Universiadasında çıxışlarına əla əhval-ruhiyyə ilə başlamışlar. Artıq yarışların startında təmsilçilərimizə ilk medal təqdim olunmuşdur. Üstəlik də qızıl mükafat!

Nümayəndə heyətimiz böyük qələbə sevincini cüdoçuların turnirində yaşamışdır. Zelim Kotsoyev bütün rəqiblərinə, o cümlədən həlledici final görüşündə Yaponiya idmançısına qalib gələrək 100 kq çəki dərəcəsində çempion olmuşdur.

Universiadada Azərbaycan komandasının tərkibinə cüdoçularla yanaşı, ağırlıqqaldıranlar və taekvandoçular da daxildirlər. Xarici KİV-lərdə yayılan məlumata görə avqustun 30-dək davam edəcək XXIX Ümumdünya Yay Universiadası startları idmanın 21 növünü təmsil edən 10 mindən çox atleti öz bayrağı ətrafına toplamışdır.

Universiadanın birinci günü keçirilən bütün yarışlara yekun vurulduqda məlum olmuşdur ki, cüdoçumuzun qazandığı qızıl medal sayəsində Azərbaycan yığması ümumi komanda hesabında Kanada, Macarıstan və Vyetnamla 11-14-cü yerləri bölüşdürür.

Dünən, Universiadanın ikinci günü Azərbaycan cüdoda daha bir medal qazanmışdır. Bu dəfə Firudin Dadaşov (90 kq) fərqlənmişdir. O, bürünc mükafatçı olmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında