İki turdan sonra “üçhakimiyyətlik”

“Səbail”–“Neftçi”–1:0, “Qarabağ”–“İnter”–1:0, “Kəpəz”–“Zirə”–0:3, “Qəbələ”–“Sumqayıt”–1:0.

Topaz Premyer Liqasının ikinci turunda qeydə alınmış bu nəticələrdən göründüyü kimi, bütün dörd oyunda topları yalnız qalib komandalar vurmuşlar, məğlublar isə hamısı bir yerdə heç olmasa bir təsəlli qoluna belə sevinə bilməmişlər.

Əgər azarkeşlər “Qarabağ”la “Qəbələ”nin qələbələrinə artıq adət etmişlərsə, debütant “Səbail”in “Neftçi” ilə görüşdən 3 xal ilə ayrılması xüsusi qeyd olunmalıdır. “Kəpəz”in Yevlax şəhər stadionunda meydan sahibi rolunda çıxış etdiyi oyunda “Zirə”yə böyük hesabla (0:3) uduzması da bir qədər gözlənilməz olmuşdur.

Nəticədə iki turdan sonra milli çempionatımızın turnir cədvəlində “üçhakimiyyətlik”dir. Hərəyə 6 xala malik “Zirə” (topların fərqi–5–1), “Qarabağ” (4–1) və “Qəbələ” (3–1) ən yüksək pillələrdə yanaşı addımlayırlar.

Üçüncü turun görüşləri avqustun 25-də (“Neftçi”–“Kəpəz”, “İnter”–“Səbail”) və 26-da (“Qarabağ”–“Qəbələ”, “Zirə”–“Sumqayıt”) keçiriləcəkdir.

Bu oyunlara qədər isə yenə bütün diqqətlərimiz “Qarabağ”a yönələcək. Ağdam klubunun Danimarka paytaxtında UEFA Çempionlar Liqası turnirinin pley-off mərhələsində “Kopenhagen” ilə cavab görüşünə cəmi bir gün qalır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında