İ D M AN

Mariborda növbəti sınaq

Sentyabrın üçüncü ongünlüyündə Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə bu iki ölkədə keçiriləcək qadınlardan ibarət milli voleybol komandaları arasında Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan kollektivi Sloveniyada təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama görüşündə meydana çıxmışdır.

Faiq Qarayevin yetirmələrinin rəqibləri Sloveniya voleybolçuları olmuşlar. Maribor şəhərində oynanılan matç dörd hissə davam etmiş və Azərbaycan millisinin qələbəsi ilə başa çatmışdır– 3:1.

Komandamız Avropa çempionatına hazırlığın Sloveniya mərhələsində daha bir neçə sınaq görüşü keçirməyi nəzərdə tutmuşdur.

 

Dostluq və həmrəylik turnirindən 13 medalla

 

İran İslam Respublikasının Urmiyə şəhərində keçirilmiş kişilər arasında karate üzrə 13-cü beynəlxalq dostluq və həmrəylik turnirinin mükafatları uğrunda 13 ölkədən 300 nəfərdən çox idmançı mübarizə aparmışdır.

Milli Karate Federasiyası mətbuat xidmətinin bu barədə yaydığı xəbərdə bildirilir ki, Azərbaycan idmançıları turnirdə uğurla çıxış edərək 13 medal–4 qızıl, 5 gümüş və 4 bürünc mükafat qazanmışlar. Qızıl medallara 14-15 yaşlıların yarışında Ceyhun İsmayılov, Tale Yaqubov, 16-17 yaşlı gənclərin mübarizəsində Hümmət Baxşəliyev  və böyüklərin turnirində Roman Heydərov sahib olmuşlar.

 

Festivalın startında qələbə

 

Azərbaycan şahmatçısı Rauf Məmmədov Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) keçirilən beynəlxalq şahmat festivalının ustalar turnirində çıxışlarına qələbə ilə başlamışdır.

Qrossmeysterimiz bu ənənəvi yarışın birinci turunda Hindistan təmsilçisi Cayn Cat ilə görüşmüş və dəqiq gedişlərlə rəqibini məğlubiyyətlə barışmağa məcbur etmişdir.

İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olan turnirin qalib və mükafatçıları avqustun 22-də müəyyənləşəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında