“R – Sport”: Azərbaycan – Türkiyə qızılı

Azərbaycan idmanının yetirməsi, hazırda Türkiyə milli komandasının üzvü Ramil Quliyevin Londonda atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanması kütləvi informasiya vasitələrinin və beynəlxalq idman dairələrinin diqqət mərkəzindədir.

Əvvəlcə qeyd edək ki, yeni dünya çempionu final yarışlarında həmin məsafəni 20,09 saniyəyə qət edərək finişə birinci çatmışdır. Gümüş və bürünc mükafatçılar Ueyd van Nikerk (Cənubi Afrika Respublikası) və Cerim Riçards (Trinidad və Tobaqo) isə eyni nəticə göstərmişlər – 20,11 saniyə.

Dünya çempionatında qızıl medal Ramil Quliyevin iki qardaş ölkənin idman pərəstişkarlarına gözəl anlar yaşadan tarixi zəfəridir. Rusiyanın “R – Sport” agentliyi dünya çempionunun nailiyyətini “Azərbaycan – Türkiyə qızılı” sərlövhəli qeydlərdə yüksək qiymətləndirərək yazmışdır ki, 200 metr məsafədə qələbəni Azərbaycanda doğulan, amma Türkiyəni təmsil edən Ramil Quliyev qazanmışdır. O, stadionda məhz bu iki ölkənin bayraqları ilə fəxri dövrə vurmuşdur.

KİV-lər onu da xüsusi qeyd edirlər ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tarixi qələbə münasibətilə Ramil Quliyevə təbrik teleqramı göndərmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında