“Kopenhagen”dən əvvəl “Neftçi” ilə

Bu gün “Bakcell Arena”da “Neftçi”- “Qarabağ” görüşü ilə Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümünə start veriləcək. Maraqlı və gərgin mübarizə vəd edən bu oyun Ağdam komandası üçün çox yerinə düşmüşdür.

“Neftçi ilə görüşü UEFA Çempionlar Liqası yarışlarının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” komandası ilə matç ərəfəsində “Qarabağ” üçün baş məşq də hesab etmək olar.

Çempionlar Liqasının pley-off mərhələsini ilk dəfə Azərbaycana gətirən çempionumuz Danimarka paytaxtının komandasını avqustun 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. Oyuna bütün ölkəmizdə maraq böyükdür və Azərbaycanın futbol ictimaiyyəti qarşıdakı çərşənbə axşamını səbirsizliklə gözləyir.

Qayıdaq milli çempionatımıza. Start turu  avqustun 12-də “İnter”-“Qəbələ” görüşü ilə davam etdiriləcək.Tura ertəsi gün iki oyunla yekun vurulacaq: “Zirə”-“Səbail”, “Sumqayıt”-“Kəpəz”.

 

Yeddi turdan
sonra dörd lider

 

Azərbaycan şahmatçısı Zaur Məmmədov Çexiyanın paytaxtı Praqada finişə yaxınlaşmaqda olan beynəlxalq  turnirin yeddinci turunda argentinalı Daniel Kamporaya qalib gələrək yarışın başa çatmasına iki tur qalmış dörd liderdən biri olmuşdur.

Təmsilçimiz kimi, moldovalı Viorel İordaçesku, hollandiyalı Dennis Brokken və çex David Viçnar da 6 xal toplamışlar.  Digər şahmatçılarımız arasında daha yaxşı  nəticə göstərən Fərid Mustafayev liderərdən 1 xal geri qalır.

Doqquz turdan ibarət turnirdə dünən axşam səkkizinci raundun görüşləri keçirilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında