Paralimpiyaçı cüdoçular: Avropa çempionatında 9 medal

Ötən həftənin sonunda Azərbaycanın paralimpiyaçı cüdoçuları İngiltərədə keçirilmiş Avropa çempionatında uğurlu çıxışları ilə diqqət mərkəzində olmuşlar. Yarışın qaliblərinin mükafatlandırılması mərasimində təmsilçilərimiz doqquz  dəfə fəxri kürsüdə təbrikləri qəbul etmişlər.

Paralimpiya Oyunlarının ikiqat çempionu və bir bürünc medalının sahibi İlham Zəkiyev (+100 kq) növbəti dəfə qitə çempionatında ən yüksək zirvəni fəth etmişdir.

Yığmamızın liderinin komanda yoldaşları Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq) və Rövşən Səfərov da (90 kq) ondan geri qalmayaraq çempionluğu bayram etmişlər.

Bayram Mustafayev (66 kq) yalnız finalda uduzub gümüş mükafatçı olmuş, Ramil Qasımov (73 kq) və Hüseyn Rəhimli (81 kq) isə üçüncü yeri tutmuşlar.

Azərbaycan cüdoçuları komanda yarışlarında da inamla çıxış etmişlər. Həm kişilərdən, həm də qadınlardan ibarət yığmalarımız çempion olmuşlar. Beləliklə, İlham Zəkiyev Avropa çempionatlarında 8-ci qızıl medalını qazanmışdır.

Nəticədə Azərbaycanın paralimpiyaçı cüdoçularının İngiltərəyə Avropa çempionatına səfəri ölkəmiz üçün 6 qızıl, 1 gümüş və 2 bürünc medalla əlamətdar olmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında