“Qarabağ”–“Kopenhagen” görüşü qarşısında

UEFA Çempionlar Liqası turnirinin pley-off mərhələsinin start görüşlərindən bizi cəmi bir həftəlik məsafə ayırır. Artıq bildiyiniz kimi, Azərbaycan çempionu “Qarabağ” qrup mərhələsinin astanasında Danimarkanın “Kopenhagen” klubu ilə ilk oyunu avqustun 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək, Kopenhagendə cavab görüşü isə avqustun 23-nə təyin edilmişdir.

İki gün əvvəl “Kopenhagen” Danimarka çempionatında növbəti oyunda meydana çıxmışdır. Rəqibimiz səfərdə “Brondbü” klubunun qonağı olmuş və 0:1 hesabı ilə uduzmuşdur. Meydan sahibləri qələbə topunu 90-cı dəqiqədə vurmuşlar.

Statistiklər xatırladırlar ki, Danimarka paytaxtı təmsilçisi ümumiyyətlə, indiyə qədər öz ölkəsinin çempionatında 12 dəfə qızıl medal qazanmış, 8 dəfə ölkə kubokuna sahib olmuş, Danimarka superkubokunun isə üçqat qalibidir.

Bu arada məlum olmuşdur ki, komandaların dəyərinə görə “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin 20 iştirakçısı arasında sonuncudan əvvəlki yerdədir. Ağdam klubunun dəyəri 12, 25 milyon avrodur. “Kopenhagen”in isə dəyəri bundan iki dəfədən də çox–28,35 milyon avrodur.

Pley-off mərhələsinin ən bahalı komandası İngiltərənin ­“Liverpul” klubu (457,5 milyon), ən ucuzu isə “Maribor”dur
(Sloveniya)–12,2 milyon avro.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında