Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatı başa çatıb

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatı avqustun 3-də başa çatıb.

Çempionatın sonuncu günündə 50 metr məsafədən qarışıq hərəkətdə olan hədəfə atəşaçmada kişilər arasında fərdi yarışın qalibi İsveç təmsilçisi olub. Emil Martinsson 3955 xal toplayaraq qızıl medal qazanıb. Gümüş medala 392 xal toplayan rusiyalı Mixail Azarenko yiyələnib. Finlandiyalı Topi Hulkkonen isə 390 xalla ilk üçlüyü qapayıb.

Əlli metr məsafədən qarışıq hərəkətdə olan hədəfə atəşaçmada kişilər arasında komanda yarışının qalibi Rusiya təmsilçiləri olub. Mixail Azarenko, Maksim Stepanov, Dimitri Romanov ümumilikdə 1169 xal toplayaraq rəqiblərini üstələyib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gümüş medalı 1167 xalla İsveç atıcıları Emil Martinsson, Jasper Nyberg, Rickard Johansson qazanıb. Finlandiyalı Topi Hulkkonen, Heikki Lahdekopi, Tomi-Pekka Heikkla 1161 xalla bürünc mükafata layiq görülüb.

Əlli metr məsafədən qarışıq hərəkətdə olan hədəfə atəşaçmada kişi yeniyetmələr arasında yarışın qalibi isə Ukrayna təmsilçisi olub. İqor Kizima 387 xal toplayaraq qızıl medal qazanıb. İsveçrəli atıcı Berqstroem Andreas 379 xalla gümüş medala yiyələnib. Rusiya təmsilçisi Valeri Davidov 378 xal toplayaraq bürünc medala sahib olub.

Bununla da Avropa çempionatına yekun vurulub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında