FİDE növbəti reytinq cədvəlini açıqlamışdır

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2017-ci il avqustun 1-nə olan vəziyyətə görə həm klassik şahmat, həm də rapid və blits üzrə reytinq cədvəllərini açıqlamışdır.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov “böyük” şahmatda 2797 xalla altıncı mövqedədir. Siyahıda ilk üç yeri norveçli dünya çempionu Maqnus Karlsen (2822), ABŞ təmsilçiləri Uesli So (2810) və Fabiano Karuana (2807) tuturlar.

Dünyanın ən yaxşı 100 şahmatçısının siyahısında Azərbaycan milli komandasının daha dörd üzvünün adı vardır. Ötən ay İsveçrənin Cenevrə şəhərində keçirilmiş Qran-pri turnirinin qalibi Teymur Rəcəbov (2742) reytinq cədvəlində 9 pillə irəliləyərək 22-ci mövqeyə yüksəlmişdir.

Digər qrossmeysterlərimizdən Arkadi Naydiç (2717) 35-ci, Rauf Məmmədov (2680) 63-cü, Qədir Hüseynov (2654) 94-cü yerlərdədir.

Ş.Məmmədyarov rapiddə də yüksək göstəriciyə malikdir. Şəhriyar sürətli şahmatın bu növündə Karlsen (2909) və rusiyalı Aleksandr Qrişukdan (2851) sonra 2833 xalla üçüncüdür.

R. Məmmədov isə blitsdə fərqlənir. Rauf onun kimi 2796 xala malik kubalı Leniyer Domingeslə 10-11-ci yerləri bölüşdürür.

Dünyanın 100 ən yaxşı qadın şahmatçısının siyahısında Azərbaycanın bir təmsilçisinin adı var. Günay Məmmədzadə (2393) 71-ci pillədədir. Bu şahmatçımızın qızların reytinq cədvəlində  yüksək 9-cu mövqedə olduğunu da qeyd edək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında