Atıcılıq üzrə Avropa çempionatının on birinci günü başa çatıb

Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının on birinci gününün yarışları başa çatıb.

AZƏRTAC xəbər verir ki, iyulun 31-də Azərbaycanın beş idmançısı mübarizəyə qoşulub.

Çempionatda kişilər arasında 25 metr məsafəyə tapança ilə mərkəzə atəşaçma, 300 metr məsafəyə tüfəng ilə üç vəziyyətdə atəşaçma, kişi və yeniyetmələr (gənclər) arasında dairəvi stend atıcılığı yarışları və qadınların dairəvi stend atıcılığının final mərhələsi keçirilib.

Azərbaycanı kişilər arasında dairəvi stend atıcılığı yarışında Emin Cəfərov, Fuad Qurbanov, Niyaz Ağazadə, yeniyetmələrdə isə Cavid Həsənov təmsil edib. Bu yarışın qalibləri avqustun 1-də məlum olacaq.

Atıcılıq üzrə Avropa çempionatında Türkiyə idmançısı kişilər arasında 25 metr məsafəyə tapança ilə mərkəzə atəşaçma yarışının qalibi olub. Yusuf Dikeç rəqiblərindən daha yaxşı nəticə göstərərək 587 xalla qızıl medal əldə edib. Almaniyalı Kristian Reitz 582 xalla gümüş medal qazanıb. Yarışın üçüncüsü isə 580 xalla Estoniya atıcısı Olesk Peeter olub.

Kişilər arasında 25 metr məsafəyə tapança ilə mərkəzə atəşaçma yarışında Azərbaycanı təmsil edən Ruslan Lunyov 572 xalla çempionatı 13-cü pillədə başa vurub.

Avropa çempionatında kişilər arasında 300 metr məsafəyə tüfənglə üç vəziyyətdə atəşaçma yarışının qalibi Fransa idmançısı olub. Dəqiqliyi ilə rəqiblərini üstələyən fransalı Raynaud Alexis 1167 xalla qızıl medal qazanıb.

Yarışda ikinci və üçüncü yerləri Macarıstan atıcıları Peni İstvan (1163 xal) və Sidi Peter (1161 xal) tutublar.

Ukrayna millisi isə kişilər arasında 25 metr məsafəyə tapançadan mərkəzə atəşaçma üzrə komanda yarışında 1732 xal toplayaraq qızıl medal qazanıb. Bu yarışda Ukrayna komandası Pavlo Korostylov, Pasternak Volodimir və Roman Bondaruk ilə təmsil olunub.

Xristian Reitz, Miçel Perre və Maykl Şluter 1724 xalla Almaniya millisini gümüş medalla təmin ediblər.

Yarışın üçüncüsü isə 1714 xalla Fransa millisi olub. Fransa yığmasının heyətində bürünc medalı Boris Artaud, Klement Bessaquet və Frank Kiefer qazanıblar.

Kişilər arasında 300 metr məsafəyə tüfənglə üç vəziyyətdə atəşaçmada komanda yarışında Fransa millisi 3472 xal toplayaraq qalib gəlib. Qızıl medalı Fransa yığmasına Raynaud Alexis, Sauveplane Alerian və Graff Cyril qazandırıblar.

İkinci yeri 3461 xalla İsveçrə millisi tutub. Gümüş medalı İsveçrə komandasının heyətində Andrea Rossi, Jan Loçbihler, Dfaux Gilles Vincent təmin ediblər.

Yarışın üçüncüsü isə 3458 xalla Avstriya millisi olub. Avstriya yığmasının heyətində bu uğura Rumpler Gernot, Pikl Bernhard və Stefan Rumpler imza atıblar.

Günün son qarşılaşması qadınların dairəvi stend atıcılığının final mərhələsi olub. Bu yarışda İtaliya millisi qızıl medal qazanıb.

İtaliya komandası Diana Bacosi, Katiuscia Spada, Simona Scocchetti ilə təmsil olunub.

Viktoria Çerviyakova, İrina Maloviçko, Veronika Milçeva Ukrayna millisini gümüş medalla təmin ediblər.

Yarışın üçüncüsü isə Kipr millisi olub. Kipr yığmasının heyətində bu uğura Panagiota Andreou, Andri Eleftheriou və Konstantiya Nikolaou imza atıblar.

Mükafatlandırma mərasimində fəxri kürsüdə yer alan qalib idmançılara medallar təqdim olunub.

Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Avropa çempionatına avqustun 3-də yekun vurulacaq. Çempionata 43 ölkədən minə yaxın idmançı qatılıb. Yarışda idmançılar 80-ə yaxın medal uğrunda mübarizə aparırlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında