Miroslava Minçeva: Bakı Atıcılıq Mərkəzi dünya standartlarına cavab verir

Azərbaycana üçüncü dəfədir səfər edirəm. Bundan əvvəl Qəbələdə təşkil olunan iki turnirdə mübarizə aparmışam. Bakıda keçirilən Avropa çempionatının qalibi olduğum üçün çox xoşbəxtəm.

Bu sözləri Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının qalibi, bolqarıstanlı Miroslava Minçeva AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Qitə birinciliyinə güclü atıcıların qatıldığını diqqətə çatdıran Avropa çempionu bildirib ki, yarışın təşkil olunduğu Bakı Atıcılıq Mərkəzi dünya standartlarına cavab verir.

“Çox şadam ki, Bakıda gəzmək, bu gözəl şəhərlə yaxından tanışlıq üçün imkanım oldu. Paytaxtınızda gözəl və müasir binalar var. Xüsusilə Bakının gecələri çox möhtəşəmdir. Xəzər dənizi isə şəhərin gözəlliyinə başqa bir rəng qatır”, – deyə Miroslava Minçeva əlavə edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında