Sentyabr, Tbilisi...

Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabrın 2-dən 27-dək Tbilisidə keçiriləcək  Dünya kuboku yarışının bütün iştirakçılarının siyahısını dərc etdirmişdir. Kubok uğrunda mübarizəyə 128 şahmatçı qoşulacaq.

Dünya  kuboku  yarışında  Azərbaycanı  Şəhriyar  Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər. Qrossmeysterlərimiz  Gürcüstan paytaxtında  norveçli dünya çempionu Maqnus Karlsen, dünya şahmat tacı uğrunda sonuncu matçda onun rəqibi olmuş Sergey Karyakin, keçmiş dünya çempionu Vladimir Kramnik, Aleksandr  Qrişuk, Pyotr Svidler (hamısı Rusiya), Fabiano Karuana (ABŞ), fransız Maksim Vaşye-Laqrav, ukraynalılar Vasili İvançuk, Pavel Elyanov, yarışa ev sahibliyi edən ölkənin təmsilçisi Baadur Cobava və bir çox başqa mahir ustalarla rəqabət aparacaqlar.

Dünya kubokunun  sahibi və ikinci finalçı 2018-ci ildə  iddiaçıların turnirində oynamaq hüququ qazanacaqlar.

Tbilisidə Dünya kuboku yarışından bir qədər sonra, noyabrda İspaniyanın Palma-de-Malyorka şəhərində FİDE-nin Qran-pri yarışları seriyasından sonuncu, dördüncü mərhələ turniri keçiriləcəkdir. Bu mərhələnin  18 iştirakçısı arasında  Rəcəbov da olacaq (Məmmədyarov artıq üç Qran-pridə oynamış və seriyada çıxışlarını başa vurmuşdur). Hələlik ümumi hesabda Məmmədyarov, Qrişuk və Rəcəbov liderdirlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında