Azərbaycan cüdoçularının növbəti medalları

Ötən həftənin sonunda Belarus ­Respublikasının paytaxtı Minskdə keçirilmiş cüdo üzrə açıq Avropa kuboku yarışlarında azərbaycanlı tatami ustaları iki gün ərzində 2 qızıl , 1 gümüş və 1 bürünc medalın ­sevincini yaşamışlar.

Turnirin birinci günü təmsilçilərimiz üçün xüsusilə  uğurlu olmuşdur.Nicat Şıxəlizadə və Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək müvafiq surətdə 66 və 73 kq çəki dərəcələrində 1-ci yeri tutmuş və qaliblərin mükafatlandırılması mərasimində fəxri kürsünün zirvəsində təbrikləri qəbul etmişlər.

Ertəsi gün isə medallarımızın sayını Uşanqi Kokauri (+100kq) və İrina Kindzerskaya (+78 kq) artırmışlar.Onlara gümüş və bürünc mükafatlar təqdim olunmuşdur.

Turnirdə 52 ölkədən 400-ə qədər cüdoçu mübarizə aparmışdır.Minsk tatamisi üzərində görüşlər avqustun 28-dən sentyabrın 3-dək  Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı qarşısında qüvvələrə ciddi baxış olmuşdur.

 

İspan Xuan Martines Munyera

 

UEFA Avropa Liqası turnirinin üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Yunanıstanın “Panatinaikos” və Azərbaycanın “Qəbələ” komandaları arasında keçiriləcək görüşün hakimliyi İspaniya Futbol Federasiyasının nümayəndələrinə həvalə olunmuşdur.

Baş hakim funksiyasını Xuan Martines Munyera yerinə yetirəcək. İyulun 27-də Afinanın “Apostolos Nikolaidis” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Hələlik isə bütün diqqətlərimiz “Qarabağ” a yönəlib. Ağdam klubu bu gün Çempionlar Liqası turnirinin üçüncü raundunda ilk görüşünü keçirəcək .Rəqib Moldovanın” Şerif” klubudur.

Xatırladaq ki, belaruslu hakim Sergey Tsinkeviçin idarə edəcəyi oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və topa  ilk  zərbə saat 21-də endiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında