Belaruslu hakimlər briqadası

UEFA Çempionlar Liqası turnirinin üçüncü təsnifat mərhələsində Azərbaycanın “Qarabağ” və Moldovanın “Şerif” klublarının ilk görüşünü Belarus Respublikasından olan hakimlər briqadası idarə edəcək.

Baş hakim rolunda Sergey Tsinkeviç çıxış edəcək.Oyun iyulun 25-də saat 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlanacaq.

Azərbaycan və Moldova çempionlarının cavab matçı isə avqustun 1-də Tiraspolda baş tutacaq.

“Apostolos Nikolaidis” stadionunda

UEFA Avropa Liqası turnirinin üçüncü mərhələsində Yunanıstanın “Pananatinaikos” və Azərbaycanın “Qəbələ” komandaları arasında ilk oyun iyulun 27-də  Afinanın “Apostolos Nikolaidis” stadionunda keçiriləcək.

Artıq görüşün başlanma vaxtı da məlumdur. “Panatinaikos”- “Qəbələ” görüşündə topa ilk zərbə Bakı vaxtı ilə  saat 22:30-da endiriləcək.

Yeniyetmələr Sarayevoda güləşəcəklər

Sabah Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında güləş üzrə Avropa çempionatına start veriləcəkdir.Azərbaycan komandaları bu yarışda güləşin hər üç növündə geniş heyətlə təmsil olunacaqlar.

Milli Güləş Federasiyasının saytında bu barədə verilmiş xəbərdə bildirilir ki, çempionat iyulun 24-də “sərbəstlərin” çıxışları ilə başlanacaq və iki gün davam edəcək. İyulun 26-28-də medallar uğrunda qızlar mübarizə aparacaqlar.Qitə birinciliyinin finişində, iyulun 28-30-da isə yunan-Roma üsulu ilə güləşənlər yarış meydanına dəvət olunacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında