“Qəbələ” üçüncü mərhələyə vəsiqəni “uzaq sahillərdə” qazandı

Azərbaycanın “Qəbələ” klubunun UEFA Avropa  Liqası yarışlarının ikinci mərhələsinin cavab görüşündə Polşanın Belostok şəhərinin “Meyski” stadionunda “Yagelloniya” komandası üzərində 2:0 hesabı ilə inamlı qələbəsi təmsilçimizə üçüncü raundun qapısını taybatay öz üzünə açmaq imkanı vermişdir.

Bir həftə əvvəl “Bakcell Arena”da keçirilmiş birinci oyunda meydan sahiblərindən çox, qonaqları qane edən nəticə qeydə alınmışdı (1:1). Lakin Azərbaycan futbolçuları səfərdə oynamalarına baxmayaraq, “uzaq sahillərdə” xoşbəxtliyi rəqib qapısında axtardılar və istəklərinə çatdılar. İlqar Qurbanovla Filip Ozobiçin dəqiq zərbələri hər şeyi bizim xeyrimizə həll etdi. “Qəbələ” həm də bir daha təsdiq etdi ki, komanda mübariz əhval-ruhiyyə ilə oynadıqda və ustalıq səviyyəsi yüksək olduqda, hətta səfərdə də özünü ev sahibi kimi inamlı apara bilər.

Təəssüf ki, digər iki klubumuz ikinci mərhələdən uzağa gedə bilmədi. “İnter” iki oyunun yekununda Lüksemburqun “Fola” komandasına uduzmuş (Bakıda 1:0-dan sonra səfərdə 1:4), “Zirə” isə Rumıniyanın “Astra” səddini keçə bilməmişdir (1:3, 0:0).

İndi klublarımızdan Avropa Liqasında təkcə bir komanda qalır. “Qəbələ” üçüncü mərhələdə Yunanıstanın “Panatinaikos” klubu ilə görüşəcəkdir. Bu oyunlar iyulun 27-də və avqustun 3-də keçiriləcəkdir.

Buna qədər isə “Qarabağ” diqqət mərkəzində olacaq. Ağdam klubu iyulun 25-də Tofiq Bəhramov  adına Respublika Stadionunda Çempionlar Liqası turnirinin üçüncü təsnifat mərhələsi çərçivəsində Moldovanın Tiraspol şəhərinin “Şerif” komandasını qəbul edəcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında