İ D M A N

 

Uğur olsun, “Qarabağ”!

 

Son illərin dəyişməz Azərbaycan çempionu Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqası yarışlarında növbəti start ərəfəsindədir. Turnirə ikinci təsnifat mərhələsindən başlayan klub futbolumuzun lideri bu gün birinci raund çərçivəsində Gürcüstanın “Samtredia” komandasını qəbul edəcəkdir.

Görüş saat 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlanacaq .

UEFA bu oyunun hakimliyini Türkiyə Futbol Federasiyasının nümayəndələrinə həvalə etmişdir. Baş hakim rolunda Mete Kalkavan çıxış edəcək.

Gürcüstan çempionu ilə cavab matçı isə iyulun 18-də Tbilisidə keçiriləcək.

Komandamıza uğurlu start arzulayırıq.  

 

Cenevrə Qran-prisində

 

İsveçrənin Cenevrə şəhərində davam edən FİDE-nin Qran-pri turnirinin dördüncü turunda azərbaycanlı qrossmeysterlər hərəyə yarım xal qazanmışlar.

Teymur Rəcəbov hindistanlı Pentala Harikrişna, Şəhriyar Məmmədyarov isə ukraynalı Pavel Elyanovla heç-heçəyə razılaşmlşlar.Buna baxmayaraq, qrossmeysterlərimiz əvvəlkitək lider mövqeyindədirlər.

İlk dörd turda ən yaxşı nəticəni Rəcəbov göstərmişdir – 3 xal.Cədvəldə vahid liderin ən yaxın izləyiciləri Məmmədyarov, rusiyalılar Aleksandr Qrişuk, Pyotr Svidler, erməni Levon Aronyan, habelə Elyanov və Harikrişna 2,5 xal toplamışlar.

Dünən Qran-pri iştirakçıları beşinci turun görüşlərində qarşılaşmışlar.

 

Qrossmeysterlərimizin mükafatları

 

Azərbaycan şahmatçıları Eltac Səfərli və Qədir Hüseynov Fransada beynəlxalq turnirdə çıxışlarını  müvafiq surətdə gümüş və bürünc medallarla başa vurmuşlar.

Hər iki qrossmeysterimiz doqquz turdan ibarət yarışda 7 xal toplamışdır. Fransızlar Mattey Kornett və Laurent Fressine, belaruslu Sergey Jiqalko da onlarla eyni nəticə göstərmişlər.Əlavə göstəricilərə görə  gümüş və bürünc medallar həmvətənlərimizə təqdim olunmuşdur.

Turnirin qalibi adını isə finişə 8 xalla çatan Mixail Krasenkov (Polşa) qazanmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında