Ağası Məmmədov, “Afina-2004”ün bürünc medalçısı: Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməklə ölkəmiz qitənin Olimpiya hərəkatına yeni töhfələr verəcək

“Müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə əldə edilən yüksək nailiyyətlər Azərbaycanı beynəlxalq aləmdə güclü bir dövlət kimi tanıtdı.

Dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri kimi nüfuzunu getdikcə artıran ölkəmiz həm də, qabaqcıl idman dövləti kimi diqqəti cəlb edib. Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi barədə verilən qərar da bu baxımdan təsadüfi deyildi. Çünki dünya olimpiya ailəsində Azərbaycanın öz yeri var. Diqqət etsək, görərik ki, ancaq inkişaf etmiş ölkələrdə idman sahəsində qələbələr qazanılır. Olimpiadadan-olimpiadaya yaxşılaşan nəticələr, həm də Azərbaycanın inkişaf etdiyini, daha da gücləndiyini göstərir. Azərbaycan dünya Olimpiya hərəkatına layiqli töhfələr verir. Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməklə ölkəmiz qitənin Olimpiya hərəkatına yeni töhfələr verəcək”, - bu sözləri ölkəmizdə boksun inkişafında layiqli xidmətləri olan Ağası Məmmədov dedi.

Azərbaycanın idman tarixində boks üzrə ilk dünya çempionu, ikiqat Avropa çempionu, Afina Olimpiadasının bürünc mükafatçısı, hazırda məşqçilik karyerasında ən böyük uğur qazanaraq, 3 ulduz məşqçi dərəcəsini alan Ağası Məmmədov gənc boksçu nəslinin yetişdiyini də qeyd etdi: “Azərbaycanın uğurlu dövlət siyasəti nəticəsində güclü idmançı nəsli yetişib. Mən boksçuların nailiyyətlərini xüsusi qeyd etmək istərdim. Azərbaycanda son illər boks üzrə dünya, Avropa çempionatlarının qalibləri, Olimpiya mükafatçıları ərsəyə gəlib. Onlar ilk Avropa Oyunlarında qüvvələrini sınayacaqlar. Dəri əlcək ustalarımızın ilk Avropa Oyunlarında Azərbaycanı yüksək səviyyədə təmsil edəcəklərinə inanıram”.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında