Cavab görüşünü gözləyək...

UEFA Çempionlar Liqası turnirinin ikinci təsnifat mərhələsinin birinci raundu çərçivəsində “Kukesi”–“Qarabağ” görüşündə qeydə alınmış qolsuz heç-heçənin kimin xeyrinə olduğunu demək çətindir. Bir tərəfdən, Albaniya klubu öz meydanında qapısından top buraxmasa da qalib gələ bilməyib, digər tərəfdən də Azərbaycan çempionu səfərdə uduzmayıb.
 
Bu isə o deməkdir ki, cavab görüşü ərəfəsində “Kukesi” də, “Qarabağ” da ötən çərşənbə günü Şkoder şəhərinin “Loro Boriçi” stadionunda norveçli hakimin qeydə aldığı 0:0 hesabından o qədər də narazı qalmamalıdır.
Deməli, avqustun birinci günü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək cavab matçını hər iki komanda ümidlə gözləyə bilər. İki oyunun yekununda ümumi müvəffəqiyyətə nail olub üçüncü təsnifat mərhələsinə vəsiqə uğrunda mübarizədə imkanlar, demək olar, bərabərdir.
Elə üçüncü mərhələdə “Qarabağ”–“Kukesi” cütünün qalibinin rəqibini müəyyənləşdirəcək BATE (Belarus) və HİK (Finlandiya) klublarının da mübarizəsinin birinci raundunda qüvvələr bərabər olmuş, tərəflər bir-birinin qapısına yol tapa bilməmişlər – 0:0. Bu rəqiblər də onlardan Çempionlar Liqası turnirinin üçüncü mərhələsində oynamağa ­kimin daha çox layiq ­olduğunu avqustun 1-də aydınlaşdırmağa çalışacaqlar. Bu dəfə Finlandiyanın paytaxtı Helsinkidə.
 
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında