Batumi qrossmeysterləri gözləyir

Xəbər verdiyimiz kimi, Azərbaycanın kişilərdən ibarət milli komandası sentyabrda Gürcüstanın Batumi şəhərində keçiriləcək 43-cü Ümumdünya Şahmat Olimpiadasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərlidən ibarət heyətlə çıxış edəcək. Komandanın kapitanı isə Qədir Hüseynov olacaq.

İki il əvvəl Bakıda təşkil edilmiş 42-ci Olimpiadanın çempionu ABŞ komandasının və gümüş mükafatçı Ukrayna yığmasının da heyətləri açıqlanmışdır.

ABŞ komandası Gürcüstanda Fabiano Karuana, Hikaru Nakamura, Uesli So, Sem Şenklend və Rey Robsondan ibarət heyətlə oynayacaq, Ukraynanı isə  Vasili İvançuk, Pavel Elyanov, Ruslan Ponomaryov, Yuri  Krivoruçko və Anton Korobov təmsil edəcəklər.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında