Vaşye-Laqrav Məmmədyarovla bacarmadı

İsveçrənin Bil şəhərində keçirilən beynəlxalq şahmat  turnirinin üçüncü turu bu yarışda Şəhriyar Məmmədyarovun ikinci qələbəsi ilə əlamətdar olmuşdur. Azərbaycanlı qrossmeyster bu dəfə 32-ci gedişdə fransız Maksim Vaşye-Laqrava qalib gəlmişdir.
 
Turun digər iki görüşündə Maqnus Karlsen (Norveç) Pyotr Svidlerlə (Rusiya) heç-heçəyə razılaşmış, Niko Georgiadis (İsveçrə) çexiyalı David Navaraya uduzmuşdur.
Üç turdan sonra turnir cədvəlinə hərəyə 2,5 xala malik Məmmədyarov və Karlsen başçılıq edirlər. Liderlərin ən yaxın izləyicisi Svidler onlardan yarım addım geri qalır. Navaranın 1,5, Vaşye-Laqravın 0,5 xalı var, Georgiadis hər üç görüşdə uduzmuşdur.
Dünən axşam keçirilən dördüncü turda Məmmədyarov ağlarla Svidlerə qarşı oynamışdır.
 
Olimpiadaya Avropa çempionatındakı heyətlə
 
Sentyabrın 23-dən oktyabrın 6-dək Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycanın kişilərdən ibarət milli komandasının heyəti məlum olmuşdur.
 
Olimpiadada yığmamızın şərəfini Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərli qoruyacaqlar. Fərq yalnız bundadır ki, 2017-ci ilin payızında Yunanıstanın Krit adasında Avropa çempionatının qızıl medallarını qazanmış millimizin kapitanı Səfərli indi Batumidə oyunçu kimi çıxış edəcək və onu kapitan rolunda Qədir Hüseynov əvəz edəcək.
Krit adasında Avropa çempionatındakı kimi, Batumidə Ümumdünya Olimpiadasında da artıq üçqat Avropa çempionu adını daşıyan səmimi və mübariz komandamızdan çox şey gözləmək olar.
Oqtay BAYRAMOV,  “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında